Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:49

Gürcüstan Rusiya ilə münasibətlərin normallaşdırılmasını davam etdirəcək


İrakli Garibashvili

İrakli Garibashvili

“Gürcüstan Rusiya ilə münasibətlərin normallaşdırılması prosesini davam etdirmək fikrindədir”.

Bunu Gürcüstanın baş naziri İraqkli Garibashvili mayın 19-da Gürcüstan-Avstriya biznes forumunda deyib.

O qeyd edib ki, Gürcüstan rəhbərliyi bu çətin prosesi əməli ruhda davam etdirəcək və son vaxtlar iki tərəfli iqtisadi və ticarət əlaqələrinin inkişafında irəliləyiş var.

TASS-ın məlumatına görə Garibashvili qeyd edib ki, Rusiya ilə qalan siyasi problemlərin həllində çətinliyə baxmayaraq, biz Gürcüstanın dövlət maraqlarına görə, bu istiqamətdə işi intensiv şəkildə davam etdirəcəyik.

Qeyd edək ki, Rusiya 2008-ci ilin yayında Gürcüstanla qısa müharibədən sonra onun separatçı bölgələri Abxaziya ilə Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG