Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:30

Stoltenberg:"Moskva Ukraynanın şərqindəki separatçılara dəstəyi dayandırmalıdır"


Jens Stoltenberg

Jens Stoltenberg

NATO-nun baş katibi Jens Stoltenberg Rusiyanın xarici işlər naziri Sergei Lavrova bildirib ki, Moskva Ukraynanın şərqindəki rusiyapərəst separatçılara dəstəyi dayandırmalıdır.

Bunu Stoltenberg mayın 19-da Brüsseldə Lavrovla görüşdən sonra deyib.

Görüş Avropa Şurası Nazirlər Komitəsinin sesiyası çərçivəsində keçirilib.

Stoltenberg həmçinin son vaxtlar Rusiyanın bölgədə hərbi təlimləri artmasından narahtlıq bildirib:

“ Biz həmçinin şəffaflığın vacibliyini müzakirə elədəik, xüsusilə də sərhədlərimiz boyunca hərbi iştirakın artması müşahidə olunanda. NATO bu insidentlərin nəzarətdən çıxmaması üçün bütün mümkün imkanlara əl atmalıdır,”-deyə o bildirib.

Rusiyanın 2014-cü ildə Krımı işğal etməsi və Ukraynanın şərqindəki münaqişəyə görə, NATO-Rusiya münasibətləri pisləşib.

Qərb və Kiyev Moskvanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır.

Rusiya ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG