Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:34

Ukraynanın təhlükəsialik xidməti əsir düşən rusiya hərbçilərinin videosunu yayıb


Foto arxiv

Foto arxiv

Ukraynanın təhlükəsialik xidməti mayın 16-da Donbasda əsir düşən rusiya hərbçilərinin videosunu yayıb.

Onlardan biri Rusiya ordusunda xidmət etdiyini və kapitan rütbəsi olduğunu deyir.

Onun sözlərinə görə rəhbərlik etdiyi 12 nəfərlik qrup Luqanska Tolyatidən gəlib və kəşfiyyatla məşğuldur.

İkinci əsir Aleksandr Aleksandrov da Tolyatidəki 3-cü qvardiya briqadasında xidmət etdiyini deyir.

Aleksandrovun sözlərinə görə o Ukraynaya 220 nəfərlik batalyonun tərkibində martın 26-da gəlib.

Onların əsir düşməsi barədə mayın 17-də məlumat verilib.

Rusiyanın müdafiə nazirliyi mayın 19-da onların təcili azad edilməsini tələb edib.

Nazirlik onların həqiqətən də Rusiya ordusunda xidmət etdiklərini, amma həbs ediləndə artıq silahlı qüvvələrdə olmadıqlarını bildirir.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qoşunları ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG