Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:07

Əfqanıstan məhkəməsi Kabildə qadının amansızcasına qətlinə görə, 11 polis zabitini 1 il azadlıqdan məhrum edib.

Qərar mayın 19-da elan edilib.Polislər məsələyə müdaxilə etməməkdə ittiham olunurlar.8 polis isə kifayət qədər sübut olmadığından azad edilib.

27 yaşlı gənc qadın Farkhundanın qətlinə görə ümumlikdə 19 polis də daxil olmaqla 49 nəfər məsuliyyətə cəlb olunub.

Bu il martın 19-da əsasən gənclərdən ibarət olan kütlə günün-günorta çağı qadını amansızcasına qətlə yetirib, sonra isə meyitini yandıraraq çaya atıb.

Onlar qadını Quranı yandırmaqda ittiham etsə də, bu məhkəmədə sübuta yetirilməyib.

Farkhundanın qətli ölkədə etirazlara səbəb oldu.

Bundan əvvəlki prosesdə isə bu qətlədə əli olan 4 nəfər ölüm hökmünə, 8 nəfər isə 16 il həbs cəzasına məhkum edilib.

18 nəfər isə sübut olmadığından azad edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG