Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:29

NATO-nun baş katibi Jens Stoltenberg mayın 19-da Brüsseldə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşməlidir.

NATO rəsmisinin sözlərinə görə, görüşdə ikitərəfli münasibətlər və Ukraynanın şərqində əldə edilmiş atəşkəs rejiminə tam əməl edilməsinin vacibliyi müzakirə olunacaq.

Bu razılaşma bu ilin fevralında Minskdə əldə olunub.

Lavrobv Brüsselə Avropa Şurası Nazirlər Komitəsinin illik sesiyasına qatılmaq üçün gedib.

Rusiyanın 2014-cü ildə Krımı işğal etməsi və Ukraynanın şərqindəki münaqişəyə görə, NATO-Rusiya münasibətləri pisləşib.

Qərb və Kiyev Moskvanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır.

Rusiya ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG