Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:28

Veronadakı Nizami və Shakespeare kompleksi Bakıda da yaradıla bilər


Poli Albano Mədəniyyət və Turizm Nazirliyində
Poli Albano Mədəniyyət və Turizm Nazirliyində

-

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən italiyalı heykəltəraş-rəssam Poli Albano ilə görüşüb.

Nazirliyin yaydığı xəbərə görə, Poli Albano Verona şəhərində müəllifi olduğu kompleksin Bakıda da yaradılması təklifini qaldırıb.

Kompleksin maketini nazirə təqdim edən italiyalı sənətkar bildirib ki, bu kompleksdə iki ölkənin mədəni yaxınlığı, böyük söz dühaları - Nizami və Shakespeare sənətinin əlçatmazlığı öz əksini tapıb.

Heykəl tuncdan və mərmərdən hazırlanıb.

Qonaq vurğulayıb ki, hər il bu kompleksi 25 milyon turist ziyarət edir və onun Bakıda reallaşdırılması Azərbaycana turist axınını artıra bilər.

Nazir öz növbəsində Bakıda tarixi-mədəni abidələrin bərpa işlərində italyan sənətkarlarının da yaxından iştirak etdiyini vurğulayıb.

Əbülfəs Qarayev deyib ki, Verona şəhərindəki kompleksin Azərbaycan paytaxtında yaradılması böyük rezonansa səbəb ola bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG