Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:05

-

Mayın 19-da Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvandakı binada yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, nazirliyin canlı qüvvəsi və texnikası hadisə yerindədir.

Yanğına nəyin səbəb olması haqda məlumat verilmir.

Hazırda yanğının söndürülməsi davam edir.

Nazirlik yanğın haqda əlavə məlumat verəcəyini bildirir.

Aprelin 10-da Xətai rayonundakı Zığ yolu şosesi, 16 ünvanda 9-mərtəbəli binada güclü yanğın olmuşdu. Həmin yanğına binaya vurulan keyfiyyətsiz üzlüklərin və güclü küləyin səbəb olduğu bildirilirdi.

NƏQLİYYATIN HƏRƏKƏTİ MƏHDUDLAŞDIRILIB

Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvandakı binanın yanması ilə əlaqədar «Azadlıq» prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, sürücülər alternativ yoldan istifadə etməlidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG