Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:57

Rusiyalı maqnat Perepilichnyy “ola bilsin zəhərlənib”


Sergei Magnitsky-nin fotoları olan döş nişanları, arxiv fotosu

Sergei Magnitsky-nin fotoları olan döş nişanları, arxiv fotosu

-

İki il öncə Britaniyada vəfat etmiş varlı rusiyalı biznesmeni ola bilsin zəhərləyiblər. İlkin istintaq bu qənaətə gəlib.

44 yaşlı Aleksandr Perepilichnyy 2012-ci il noyabrın 10-da Londonun cənubundakı evinin yaxınlığında yıxılıb və dünyasını dəyişib. Polis onun ölümünün şübhə yaratmaması qənaətinə gəlib.

Ancaq mayın 18-də ilkin istintaq açıqlayıb ki, Perepilichnyy-nin mədəsində kimyəvi maddənin qalıqları tapılıb və bu maddə yalnız zəhərli Gelsemium bitkisindən alına bilər.

Əlavə testlər keçiriləcək.

Perepilichnyy Rusiya rəsmiləri və mafiya üzvlərinin adları keçən 240 milyon dollarlıq pul yuma işində İsveçrə prokurorlarına kömək edirdi.

O, həmçinin 2009-cu ildə Rusiyada həbsxanada ölmüş vəkil Sergei Magnitsky işinə bağlı olanlara qarşı ifadə vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG