Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:43

Obama tvitterdə öz adından yazmağa başladı


Barack Obama
Barack Obama

-

Prezident Barack Obama mayın 18-də tvitter sosial şəbəkəsində öz hesabından ilk tvitini göndərib. O, beş saat içində milyondan çox izləyici toplayıb.

“Salam, tvitter! Barackdır yazan. Doğrudan! Altı ildən sonra öz hesabımı mənə verdilər,” Obama @POTUS (President of the United States) hesabından yazıb. Bu, Birləşmiş Ştatlar prezidentinin qısaldılmış adıdır.

Obama birinci dəfə deyil tvit göndərir. O, hərdənbir @WhiteHouse hesabından göndərilən tvitləri "-bo" hərfləri ilə imzalayıb. Ancaq @POTUS hesabından ancaq özü tvit göndərəcək.

Bill Clinton cavab tviti yazıb.

Birinci ledi isə @FLOTUS (First Lady of the United States) hesabını işlədir.

XS
SM
MD
LG