Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:15

Amerika diplomatları Moskvada: buzlar əriyir


Victoria Nuland Moskvada mətbuat konfransında

Victoria Nuland Moskvada mətbuat konfransında

-

ABŞ-ın iki diplomatı mayın 18-də Moskvada yüksək səviyyəli görüşlər keçiriblər. Aylardan bəri ilk dəfə keçirilən görüşlərdə Ukrayna və Suriya böhranları müzakirə olunub.

ABŞ Dövlət katibinin köməkçisi Victoria Nuland Rusiya rəsmiləri ilə Ukraynada atəşkəs sazişinin yerinə yetirilməsinin yollarını müzakirə edib.

O, jurnalistlərə deyib ki, “konkret addımları”, “ABŞ-ın atəşkəsin icrası prosesini dəstəkləmək yollarını” götür-qoy ediblər.

ABŞ-ın Suriya üzrə elçisi Daniel Rubinstein isə Rusiya Xarici İşlər Nazirliyində həmkarları ilə görüşüb, “Suriyada əsl, davamlı siyasi keçid üçün şərtlərin yaradılmasını” müzakirə edib. Məlumatı ABŞ Dövlət Departamenti yayıb.

Rusiya xarici işlər nazirinin müavini Mikhail Bogdanov deyib ki, Suriya barədə “səmimi və detallı müzakirə” aparılıb.

Şərhləri göstər

XS
SM
MD
LG