Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:55

Ukrayna rusiyalı əsgərləri terrorçuluqda ittiham edəcək


Kirovske kəndi yaxınlığında separatçılar, aprel, 2015-ci il

Kirovske kəndi yaxınlığında separatçılar, aprel, 2015-ci il

-

Ukrayna bildirir ki, ölkənin şərqində rusiyapərəst yaraqlılarla birlikdə döyüşən zaman ələ keçmiş iki rusiyalı əsgərə terrorçuluq ittihamları irəli sürəcək. Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Valentyn Nalyvaychenko mayın 18-də Kiyevdə jurnalistlərə deyib ki, həmin iki nəfər “terror cinayətləri” törətməkdə, “terror fəaliyyəti” həyata keçirməkdə ittiham olunacaq.

Ukrayna ordusu yaraqlılara qarşı döyüşü “antiterror əməliyyatı” adlandırır.

Rusiyadan olan 2 əsgər Luqanskda cəbhə xətti yaxınlığında, Şastya şəhərində ələ keçirilib.

Rusiya Kiyevin, Qərbin, NATO-nun ittihamlarını rədd edərək Ukraynanın şərqində separatçılara dəstək göstərmədiyini bildirir.

Əsgərlərdən biri Rusiya xüsusi elit qüvvələrində çavuş olduğunu deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG