Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:48

Makedoniyanın baş naziri postundan getməyəcəyini deyir


Nikola Gruevski çıxış edir

Nikola Gruevski çıxış edir

-

Makedoniyanın baş naziri Nikola Gruevski mayın 18-də Skopyedə on minlərlə tərəfdarı qarşısında çıxış edib, deyib ki, nə vəzifəsini tərk edəcək, nə də müxalifətə təslim olacaq.

Tənqidçiləri 44 yaşlı Grievski-i korrupsiya və seçkini saxtalaşdırma cəhdində ittiham edir. Ancaq o da öz növbəsində opponentlərini “siyasi azlığın diktaturasını” yaratmaq cəhdində suçlayıb. “Biz geri çəkilməyəcək, təslim olmayacağıq,” o, deyib.

Mayın 17-də Skopyenin mərkəzində müxalifətin nümayişi keçirilmişdi. Əsas müxalifət qrupu olan, sol mərkəzçi Makedoniyanın Sosial Demokratik Birliyinin lideri Zoran Zaev tərəfdarlarını çağırıb ki, “Gruevski gedənədək” hökumət binası qarşısından çəkilməsinlər. Elə hökumətyönlülərin yürüşü zamanı yüzlərlə etirazçı çadırlarda qalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG