Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:00

ABŞ-ın Milli Mətbuat Klubu Xədicə İsmayılovanı mükafatlandıracaq


John Aubuchon Mətbuat Azadlığı mükafatları ilə jurnalistlər və azad mətbuatın dəyərləri uğrunda mübarizə aparanlar təltif edilirlər.

Vaşinqtonda mənzillənmiş ABŞ Milli Mətbuat Klubu (The National Press Club) Azərbaycan jurnalisti Xədicə İsmayılovanı mətbuat azadlığı mükafatı ilə təltif etdiyini bildirib.

Təşkilatın bu barədə bəyanatında bildirilir ki, Azərbaycan prezidenti İlham Əliyev və onun hökuməti də daxil olmaqla maliyyə fəaliyyəti ilə bağlı sərt reportajlar müəllifi kimi tanınan Xədicə İsmayılova 2014-cü ilin dekabrından qondarma ittihamlarla məhbus edilib.

Bu da qeyd olunur ki, Azərbaycan hökuməti Xədicədən başqa daha səkkiz jurnalisti saxta ittihamlarla həbs edib.

Bəyanatda Azərbaycanın tezliklə Avropa Oyunlarına ev sahibliyi edəcəyi xatırladılır.

Oyunlara tamaşa edəndə, unutmayın ki…

“Biz ümid edirik ki, dünya Avropa Oyunlarına tamaşa etdiyi bir baxtda Azərbaycanda özlərinin ifadə azadlığı kimi təməl hüququndan istifadə etmək istəyən jurnalistlərin və başqalarının düşdükləri vəziyyəti unutmayacaq” – deyib Milli Mətbuat Klubunun prezidenti John Hughes, - Xəbər reportajları vermək cinayət deyildir. Nə Azərbaycanda, nə də başqa bir yerdə”.

Milli Mətbuat Klubu hər il özünün John Aubuchon Mətbuat Azadlığı mükafatları ilə jurnalistləri və azad mətbuatın dəyərləri uğrunda mübarizə aparan başqalarını təltif edir.

Aubuchon mükafatları bir qayda olaraq klubun illik təltif ziyafətlərində təqdim edilir.

Bu ilin ziyafəti iyulun 29-da keçiriləcək.

Prezidentlərin klubu

Aubuchon ABŞ və xarici laureatlara verilir.ABŞ-dan builki mükafatlar doqquz aydır ki, ittihamsız və məhkəməsiz olaraq İranda həbsxanada saxlanan “The Washington Post” müxbiri Jason Rezaian-a və Suriyada dustaqlıqda olan Austin Tice-a veriləcək.

Dünyanın aparıcı jurnalist təşkilatı olan NPC 1908-ci ildə Vaşinqtonda təsis edilib.

1908-ci ildə Theodore Roosevelt-dən bəri hər bir ABŞ prezidenti bu kluba baş çəkib,prezident Warren Harding-dən bəri isə bütün prezidentlər bu təşkilata üzv olublar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG