Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:51

Ramadinin azad edilməsinə 3 minədək şiə döyüşçüsü cəlb edilib


Foto arxiv

Foto arxiv

İraqın Ramadi şəhərini geri qaytarmaq üçün şəhərin yaxınlığındakı hərbi bazaya minlərlə şiə döyüşçü gətirilib.

İslam Dövləti yaraqlıları mayın 17-də şəhəri zəbt edib.

Əyalət şurasının rəhbəri Sabakh Karhout onların göstəriş gözlədiklərini deyir.

Bu baza Ramadinin 20 kilometrliyində yerləşir.

Onun sözlərinə görə, şəhərin azad edilməsinə 3 minədək şiə yaraqlısı cəlb edilib.

Həmçinin ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hərbi təyyarələri islamçıların mövqelərinə hücumları gücləndirib.

Son günlər Ramadi uğrunda gedən döyüşlərdə 500-dək adam ölüb, minlərlə adam isə döyüş zonasından qaçıb.

ABŞ Dövlət katibi John Kerry mayın 18-də Seulda jurnalistlərə İslam Dövləti qrupunun imkanlarının məhdudlaşdırıldığını və yaxın günlərdə hər şeyin tamamilə dəyişəcəyini deyib.

ABŞ hazırda İraq və Suriyada İslam Dövləti qrupuna qarşı yalnız hava əməliyyatları keçirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG