Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:35

Ukrayna ordusu ölkənin şərqində rusiyapərəst separatçılar tərəfindən vuruşan 2 Rusiya əsgərinin əsir götürüldüyünü bildirir.

Baş qərargahın sözçüsü Vladislav Seleznev mayın 18-də bildirib ki, onlar Ukraynanın təhlükəsizlik xidməti tərəfindən sorğu-sual ediliblər, hazırda Kiyevə gətirilirlər və mətbuata açıqlama veriləcək.

Onun sözlərinə görə Rusiya əsgərləri təmas xəttinin yaxınlığındakı Sçastia şəhərində əsir düşüblər.

Videogörüntüdə onlardan biri Rusiyanın xüsusi təyinatlı elit qüvvələrində xidmət etdiyini və Tolyati şəhərində çavuş olduğunu deyir.

Moskva isə mayın 18-də bəyanat yayaraq Ukrayna ərazisində Rusiya əsgəri olmadığını bildirib.

Ötən ilin aprelindən Ukraynanın şərqində gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG