Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:39

Müsavat aclıq aksiyasını dayandırdı


Müsavatda aclıq aksiyası - 13 may 2015
Müsavatda aclıq aksiyası - 13 may 2015

-

Mayın 12-dən Müsavat Partiyasının «Siyasi məhbuslara azadlıq!» tələbi ilə keçirilən aclıq aksiyası mayın 18-də dayandırılıb.

Bu barədə AzadlıqRadiosuna Müsavat başqanının müavini Səxavət Soltan məlumat verib.

Bildirib ki, buna səbəb hazırda həbsdə olan siyasi məhbuslardan Müsavat Partiyasının başqan müavinləri Tofiq Yaqublu, Yadigar Sadıqov və digərlərinin müraciəti olub:

«Onlar xahiş edib, səhhətimizi nəzərə alaraq israrla aksiyanı dayandırmağımızı istəyiblər. Bildiriblər ki, aksiya öz məqsədinə çatıb, yerli və beynəlxalq diqqəti çəkə bilib. Bu məsələ Divanda müzakirə olunub və xahişin nəzərə alınması barədə qərar verilib».

Mayın 12-dən başlayan aksiya çərçivəsində 5 nəfər uzunmüddətli aclıq edib, 1 gün isə ümumrespublika dəstək aksiyası təşkil olunub, digər müsavatçı və fəallar da onlara qoşulublar.

Səxavət Soltanın dediyinə görə, partiya bundan sonra da siyasi məhbusların azadlığı uğrunda mübarizəsini davam etdirəcək.

XS
SM
MD
LG