Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:42

REAL-çı Hafiz Babalı xuliqanlıqda ittiham olunur


Hafiz Babalı
Hafiz Babalı

-

REAL Hərəkatının Sumqayıt Məclisinin sədri Hafiz Babalı xırda xuliqanlıq törətməkdə ittiham olunur.

Bu barədə AzadlıqRadiosuna Hafiz Babalının özü məlumat verib.

Ona ittiham protokolu mayın 18-də Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsində təqdim olunub:

«Protokolla tanış olub qeydlərimi etdim. Haqqımda İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə iş qaldırılıb. İndi əlimdə protokol Sumqayıt şəhər Məhkəməsinə gedirəm».

Hafiz Babalını mayın 16-da REAL-ın tanıtım vərəqələrini və hərəkatın lideri, hazırda həbsdə olan İlqar Məmmədovun 2005-ci ildə çap olunmuş müraciətini Sumqayıt şəhəri 34-cü məhəllədə paylayarkən Post Patrul Xidmətinin əməkdaşları saxlamış və polis bölməsinə aparmışdılar. 4 saat saxladıqdan sonra sərbəst buraxmışdılar. Hazırda o, bu əməlinə görə ittiham olunur, vərəqələri insanlara zorla payladığı iddia edilir. Hafiz Babalı ittihamla razı olmadığını deyir:

«Polis bölməsində dedilər ki, vərəqələri insanlara zorla paylayıbsan. Mən bu ittihamla qətiyyən razı deyiləm. Mən ərazidə olan müşahidə kameralarına baxılmasını, mənim təqdim etdiyim şahidlərin dindirilməsini tələb edəcəyəm».

Hafiz Babalının dediyinə görə, heç bir qanun və qayda pozuntusuna yol vermədən payladığı vərəqələrdə üzvü olduğu partiyanın məramı açıqlanıb və parlamentar üsul idarə formasına keçidlə bağlı fikirlər yer alıb. İnsanlar bu vərəqələri heç bir etiraz olmadan qəbul ediblər.

XS
SM
MD
LG