Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:19

İraqın Ramadi şəhəri bir neçə günlük ağır döyüşlərdən sonra İslam Dövləti yaraqlılarının nəzarətinə keçib.

Anbar vilayətinin paytaxtı olan bu şəhər paytaxt Bağdadın 110 kilometrliyində yerləşir.

İraq hökuməti Ramadidə yaraqlılarla mübarizəyə hökumətpərəst şiə qruplarının da qoşulmasını təsdiqləyib.

Baş nazir Hider al Abadi bundan əvvəl bu plana qarşı idi.

Çünki Ramadi sakinlərinin əksəriyyəti sünnilərdir.

Şəhərin itirilməsi hökumət qüvvələri üçün böyük məğlubiyyət hesab olunur.

Amma ABŞ rəhbərliyişəhərin tam getməsi ilə bağlı elə bir məlumat yaymayıb və hesab edir ki, belə bir qərar vermək hələlik tezdir.

ABŞ İraq və Suriyada İslam Dövləti qrupuna qarşı yalnız hava əmıliyyatları keçirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG