Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:18

UNESCO-nun baş katibinə «Çələbi» xalçası hədiyyə edildi


Irina Bokova Xalça Muzeyində - 18 may 2015

Irina Bokova Xalça Muzeyində - 18 may 2015

-

Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılmaq üçün Bakıda səfərdə olan UNESCO-nun Baş direktoru xanım Irina Bokova mayın 17-də Azərbaycan Xalça Muzeyini ziyarət edib.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, xanım Bokova-da muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiyası vəzallarının quruluşu xoş təəssürat oyadıb.

Muzeydə sərgilənən Azərbaycan kələğayıları da qonağın xüsusi marağına səbəb oldu.

Xəbərdə deyilir ki, Azərbaycan mədəniyyətinə böyük diqqət və maraq göstərən qonağa qədim çeşni əsasında muzeydə toxunmuş Qarabağın «Çələbi» xalçası və Muzeyin sertifikatı hədiyyə edilib.

2010-cu ildə «Azərbaycan Respublikasında ənənəvi Azərbaycan xalça sənəti» Bəşəriyyətin qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına, 2014-cü ildə isə «Azərbaycan kəlağayı sənəti» UNESCO –nun qeyri-maddimədəni İrsi üzrə Reprezentztiv Siyahısınadaxil edilib.

Bununla da, Azərbaycan xalçaçılıq sənətinin, kəlağayı sənətinin beşiyi sayılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG