Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:21

Kreml deyir ki, Nulandın səfəri münasibətlərin yaxşılığa döğru getməsindən xəbər verir


Dmitry Peskov

Dmitry Peskov

Kreml ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Victoria Nulandın Moskvaya səfərinə ikitərəfli münasibətlərin yaxşılaşmasına işarə hesab edir.

Victoria Nuland mayın 17-18-də Moskvada Rusiya rəsmiləri ilə Ukraynanın şərqində atəşkəs rejiminə əməl edilməsinin yollarını müzakirə edəcək.

Dövlət katibi John Kerry də ötən həftə Soçidə Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergei Lavrovla görüşüb.

Kremlin sözçüsü Dimityry Peskov mayın 18-də jurnalistlərə bildirib ki, tərəflər həmin görüşlərdə yaxın dialoqun vacibliyini qeyd ediblər.

Tanınmış hüquq müdafiəçisi Lyudmila Alexeevanın da mayın 18-də Nulandala görüşəcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG