Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:18

-

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi yeni – «171» səsli mesaj xidmətini istifadəyə verib.

Bu barədə Birliyin informasiya texnologiyaları şöbəsinin rəisi Ədalət Abbasov məlumat verib.

Onun dediyinə görə, yenilik ev telefonlarından mobil telefonlara və ya əksinə, mobil operatorlardan ev telefonlarına mesaj göndərməyə imkan verir.

Xidmətdən istifadə üçün abunəçi171 qısa nömrəsinə zəng etməlidir. Operatorun təlimatına əsasən, səsli mesaj göndərmək üçün 1, özünə ünvanlanan səsli mesajı dinləmək üçün 2 düyməsini basmaq lazımdır. Mesaj göndərmək üçün 1 düyməsini seçdikdən sonra mesaj göndəriləcək nömrə və # düyməsini yığıb, siqnal səsindən sonra ismarışı səsləndirmək və yenidən # düyməsini basmaq kifayətdir. Qarşı tərəf telefonda 171 nömrəsinin yığıb 2 düyməsini seçməklə mesajı dinləyə bilər.

Ə.Abbasov bildirib ki, yeni xidmətdən bütün mobil operatorlar, CDMA və stasionar telefon abunəçiləri istifadə edə bilərlər. Mobil nömrə abunəçiləri də 171 yığmaqla, bu xidmətdən faydalana bilərlər.

Elektron sistem göndərilən səsli mesajları sonradan dinləməyə imkan verir. Abunəçi evdə olmadıqda sonradan telefonuna gələn mesajları ardıcıl dinləyib onu kimin axtardığını öyrənə bilər.

Bir səsli mesajın qiyməti 5 qəpikdir.

XS
SM
MD
LG