Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:39

Bəzi ali məktəblərə tələbə qəbulu aparılmayacaq


Foto illüstrasiya
Foto illüstrasiya

-

Yeni tədris ilində ali təhsil müəssisələrində qiyabi təhsil forması üzrə plan yerləri 77 faiz azaldılıb. Müəllimlik ixtisasları üzrə qiyabi təhsil forması üzrə qəbul planlaşdırılmayıb.

Prezident yanında Təhsil üzrə Komissiyanın təsdiq olunmuş tələbə qəbulu planında belə deyilir.

Məlumatı Təhsil Nazirliyi yayıb.

Bildirilir ki, ötən ilə nisbətən növbəti tədris ili üçün bakalavriat səviyyəsinə qəbul planı 4.6 faiz artırılıb. Qiyabi təhsil forması üzrə plan yerləri 77 faiz azaldılıb, bu yerlərin hesabına əyani təhsil üzrə tələbə qəbulu artırılıb. Müəllimlik ixtisasları üzrə qiyabi təhsil forması üzrə qəbul planlaşdırılmayıb.

Dövlət sifarişi üzrə plan yerləri iqtisadiyyat və idarəetmə, humanitar və sosial, səhiyyə, rifah və xidmət ixtisas qruplarına daxil olan ixtisaslar üzrə azaldılıb. Həmin yerlərin hesabına təhsil, texniki və texnoloji ixtisaslarına dövlət sifarişi yerləri artırılıb.

Özəl ali təhsil müəssisələrinə tələbə qəbulu planı keçən ilə nisbətən 6.1 faiz artırılaraq 6 min 549 yer planlaşdırılıb. Bakı Asiya Universitetinin müraciətini nəzərə alaraq, bu ali təhsil müəssisəsinə qəbul planlaşdırılmayıb. Eyni zamanda, Azərbaycan Müəllimlər İnstitutunun müraciətinə əsasən, Qazax və Zaqatala filiallarına da bu il qəbul aparılmayacaq.

XS
SM
MD
LG