Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:21

Ellada Məmmədli: «Müsavatdan çıxarılmağım gülüncdür»


Ellada Məmmədli
Ellada Məmmədli

-

Müsavat Partiyası Qadınlar Birliyinin sədri Ellada Məmmədli partiya sıralarından xaric edilib.

Partiyanın əsaslandırmasına görə, buna səbəb onun partiyanın Nizamnaməsini pozması, üzvləri partiyadan istefa verməyə təhrik etməsidir.

Partiyanın bu qərarını AzadlıqRadiosuna açıqlamasında Ellada Məmmədli «gülünc» adlandırıb. Bildirib ki, belə bir addımın atılacağı gözlənilən idi:

«Artıq aydın məsələdir ki, Qubad İbadoğlunu dəstəkləyən, qurultayda Arif Hacılıya səs verməyənlər bir-bir partiyadan kənarlaşdırılır. Amma burada bir qeyri-müəyyənlik var - açıqlamada nizamnamənin pozulması göstərilsə də, partiyadan çıxarılan heç kəsə bununla bağlı rəsmi qərar verilmir. Bu isə o deməkdir ki, birmənalı olaraq zor tətbiq edilir».

Ellada Məmmədli onu da deyir ki, partiyadan kənarlaşdırılmasına dair rəsmi qərarı almayınca, özünü bu partiyadan xaric olunmuş hesab etməyəcək.

Bundan öncə də Müsavat Partiyasından bir neçə səlahiyyətlilər, o cümlədən partiyanın sədrliyinə namizəd olmuş Qubad İbadoğlu, Səxavət Əlisoy, başqan müavini Vurğun Əyyub kənarlaşdırılıb. Bundan başqa, onlarla üzvlər partiyadan könüllü istefa veriblər.

XS
SM
MD
LG