Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:21

Skopyedə on minlər hökumət əleyhinə yürüşə çıxır


Etirazçılar hökumət binası qarşısında çadır qurur

Etirazçılar hökumət binası qarşısında çadır qurur

-

Mayın 17-də Makedoniyanın paytaxtı Skopyedə on minlərlə etirazçı hökumət əleyhinə yürüşə çıxıb. Onlar baş nazir Nikola Gruevski-nin istefasını tələb ediblər.

Yürüşü Makedoniya Sosial Demokratik Birliyinin rəhbərlik etdiyi müxalifət partiyaları təşkil edib. Səbəb nazirlərin seçkini saxtalaşdırma planını göstərən videonun yayılması olub.

AzadlıqRadiosunun müxbirləri xəbər verir ki, yürüşdə 40 mindən çox insan iştirak edib.

Gruevski mayın 16-da bildirib ki, “istefa vermək, yaxud keçid hökumətini qəbul etmək niyyəti yoxdur”.

Sosial Demokratik Birliyin lideri Zoran Zaev etirazçı “multi-etnik” adlandırıb. Zaev deyib ki, onlar hökumət binasının qarşısında qalacaq. “Nikola Gruevski istefa verməlidir. Getməsə, biz də getməyəcəyik”.

Mayın 18-də isə hökumətyönlü nümayişin keçirilməsi gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG