Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:45

Ukrayna rusiyalı əsgərləri saxladığını bildirir


Luqansk ərazisi, arxiv fotosu

Luqansk ərazisi, arxiv fotosu

-

Ukrayna ordusu bildirir ki, ölkənin şərqində rusiyapərəst yaraqlılarla birlikdə vuruşan iki rusiyalı əsgəri saxlayıb. Ordunun sözçüsü Andriy Lysenko mayın 17-də deyib ki, əsgərlər cəbhə xətti yaxınlığında Şastye şəhərində əsir götürülüb. Onun sözlərinə görə, əsgərlər dindirilir.

Rusiya yaraqlılara kömək göstərmədiyini bildirir, ancaq etiraf edir ki, Luqansk və Donetsk regionlarında separatçılarla birlikdə savaşan rusiyalılar var.

Ukrayna parlamentinin üzvü Anton Herashchenko mayın 17-də facebook-da həmin əsgərlərdən birinin dindirilməsini göstərən video yerləşdirib.

Əsgərlərdən biri dindirilmə zamanı deyib ki, onlar Rusiya xüsusi qüvvələrinin üzvləridir. O, özünü Alexander Alexandrov kimi təqdim edib, serjant olduğunu deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG