Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:15

Rusiyada “imperator Putin”in büstü qoyuldu


Büstün hazırlanması təşəbbüsünü Sankt-Peterburq şəhərindəki “İrbis” kazak cəmiyyəti verib.

Sankt-Peterburq şəhərinin 20 kilometrliyində yerləşən Aqalatovo kəndi yaxınlığındakı yay mülklərindən ibarət qəsəbədə Rusiya prezidenti Vladimir Putinin Roma imperatorlarının qiyafəsində büstü qoyulub.

Büstün yaxasında Rusiyanın həkk edilmiş medal var.

Xəbər verilir ki, büstün başında dəfnə çələngi də yerləşdirilməliymiş, lakin son anda bu ideyadan vaz keçilib.

Büstün hazırlanması təşəbbüsünü Sankt-Peterburq şəhərindəki “İrbis” kazak cəmiyyəti verib.

Cəmiyyətin atamanı Andrey Polyakov Deutsche Welle radiosuna bildirib ki, “büst Rusiya demokratiyasını təcəssüm etdirir”.

Polyakov deyib ki, “belə bir büstün hazırlanması ideyası onun ağlına Krımın ilhaqından sonra gəlib”.

Ataman həmçinin bildirib ki, büst onun şəxsi malikanəsi ərazisində olduğundan onun qurulmasına xüsusi icazə tələb olunmayıb.

Rusiya mediasının xəbərlərinə görə bürünc büst heykəltəraş Pavel Greshnikov-un emalatxanasında hazırlanıb.

XS
SM
MD
LG