Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:27

Kambocadan deportasiya olunmuş Rusiya biznesmeni Sergey Polonski Vyetnam Hava Yolları şirkətinin təyyarəsində bazar günü Moskvaya gətirilib.

Kambocadan deportasiya olunmuş Rusiya biznesmeni Sergey Polonski Vyetnam Hava Yolları şirkətinin təyyarəsində bazar günü Moskvaya gətirilib.

Biznesmen hava limanından Moskvada “Matrosskaya tişina” kimi tanınan həbsxanaya etaplanıb.

TASS xəbər verir ki, Polonski həbs və uçuş vaxtı özünü sakit aparıb.

Bu da bildirilir ki, Polonski Rusiya DİN-in əməkdaşları tərəfindən məskun olduğu adada həbs edilib və Moskvaya yay paltarında gərtirilib. Yalnız burada xanımı Olqa Deripaska ona isti paltarlarını çatdırıb.

Mirax Group şirkətinin həmtəsisçisi 40 yaşlı biznesmen Polonskinin vəkili Slavik Brsoyan İnterfax agentliyinə bildirib ki, onun müştərisi Moskva ətrafındakı dəbdəbəli Rublyovka qəsəbəsində villa tikdirənlərin 150 milyon pullarını oğurlamaqda ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG