Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:56

İD İraqın starteji Ramadi şəhərini zəbt etdi


Ramadinin sünni əhalisi İD qüvvələrinin hücumu zamanı şəhəri tərk ediblər.
Ramadinin sünni əhalisi İD qüvvələrinin hücumu zamanı şəhəri tərk ediblər.

Rəsmilər bildirirlər ki, hökumət qoşunlarının öz mövqelərini tərk etməsinin ardınca İslam Dövləti adlanan təşkilatın silahlıları Ramadi şəhərini ələ keçiriblər.

Rəsmilər bildirirlər ki, hökumət qoşunlarının öz mövqelərini tərk etməsinin ardınca İslam Dövləti adlanan təşkilatın silahlıları Ramadi şəhərini ələ keçiriblər.

Beləliklə günlərdir davam edən aramsız atışmalardan sonra polis və əsgərlər şəhərdən nizamsız qaydada çıxmalı olublar.

Baş nazir Haider al-Abadi qoşunlara şəhəri nəyin bahasına olursa-olsun müdafiə etməyi əmr etmişdi.

İraqın ən böyük əyaləti olan Anbarın əsas şəhəri Ramadi Bağdadın 112 kilometrliyindədir.

İD-in yaydığı bəyanatda deyilir ki, onun döyüşçüləri hökumət qoşunlarının tərk etdiyi 8-ci briqada bazasını, tankları və raket qurğularını ələ keçiriblər.

Xəbər verilir ki, hökumət qoşunları yaxınlıqdakı Xalidiyyə şəhərinə çəkiliblər.

Bu da bildirilir ki, hökumət qoşunlarının silah-sursatı tükənmək üzrə imiş.

Bəzi məlumatlara görə, İD şəhəri ələ keçirməzdən əvvəl Ramadidə bir neçə intiharçı bomba parrtlayışları törədib.

Eyni vaxtda dörd intihar partlayışı Ramadinin cənubundakı Malaab məhəlləsində yerləşən polis korpusunu hədəfləyib.

Xəbər verilir ki, Tikrit şəhərinin İD-dən geri alınmasında əsas rol oynamış şiə birləşmələri zorakılıq etdikləri barədə iddialardan sonra döyüşlərdən geri çəkiliblər.

Hazırda İD Anbar vilayətinin təxminən yarısına nəzarət edir.

Anbar qubernatorunun müavini Faleh al-Issawi bildirib ki, Ramadidə gedən döyüşlərin son iki günündə 500 nəfər həlak olub.

XS
SM
MD
LG