Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 20:12

Poroshenko SSRİ-dəki repressiyaları faşizmə bərabər tutub


Petro Poroshenko
Petro Poroshenko

Ukrayna prezidenti Petro Poroshenko “Ukraynanı kommunizm rəmzlərindən təmizləməyə” çağırıb. O deyib ki, sovet repressiya maşını Ukrayna dövlətinin olmaması üçün bütün üsullardan istifadə edib.

Siyasi Repressiya Qurbanlarını anma günü ilə bağlı çıxışında Poroshenko deyib ki, sovet rejimi milyonlarla günahsız adamı məhv edib.

Poroshenko deyib ki, SSRİ-dəki repressiyaları 2-ci Dünya Müharibəsi dövründəki alman faşistlərinin Buxenvald düşərgəsində həyata keçirdikləri işgəncələrilə, ölümlərlə müqayisə etmək olar.

Bu gün Ukraynada 1937-1938-ci illər repressiyası qurbanlarını anma günüdür.

XS
SM
MD
LG