Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:01

-

Avropa Oyunları rəssamları da ilhamlandırb. Hər halda özləri belə deyirlər. Elə buna görə də İstiqlal Muzeyində onların Avropa Oyunlarına həsr olunmuş sərgisi açılıb.

Buta üzərində “Bakı 2015”in rəmzləri, Qız Qalası ətrafında idmançıların yallısı, nar fonunda olimpiya halqaları, gimnast qızın şəhəri dolanan lenti... Rəssamlar deyir ki, onlar Avropa Oyunarını hiss etməyə, boyalarla çatdırmağa çalışıblar. Bacarıblarmı, bunu sərgiyə baxanlar deyəcək.

“Üç top” əsərinin müəlifi, Günel Ravilova deyir ki, “göydən üç alma düşdü” deyimi xoşuna gəlir. “Mənim əsərimdə də elə bil göydən üç top düşür. Avropa Oyunları aktual olduğu üçün bu mövzuya müraciət etdim, dedim mən də çəkim”.

“Odlar ölkəsində idman təntənəsi” əsərinin müəllifi, gənc rəssam Adilə Qurbanova isə əsəri haqqında bunları deyir: “Qartal Bakıdır, Avropa Oyunlarının rəmzi ceyran da burdadır. Başqa bir rəmz – nar isə arenanın ortasındadır. Məncə, şəklə baxanda az-çox təsəvvür yaratmışam”.

Sərgidə 50-dən artıq rəsm əsəri nümayiş olunur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG