Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:30

-


AzadlıqRadiosunun «Qaynar xətti»nə müraciət edən Paşa Cəfərli deyir ki, 12 ildir oğlu Nəsib qıcolmadan yataq xəstəsinə çevrilib. 2-ci qrup əlildir. Ata övladına 1-ci qrup əlillik dərəcəsi əldə edə bilməməsindən şikayət edir. Deyir ki, imkansızlıqdan oğlunu müalicə etdirə bilmir. Aldığı kiçik məvacib və oğlunun əlilliyinə görə aldığı 67 manat dərmanlara yetmir:


«Oğlum bu xəstəliyə 9 yaşında tutulub. Nərimanov rayon Ruhi-Əsəb Dispanserində daimi qeydiyyatdadır. Ona dövlət tərəfindən dərmanlar verilməli olsa da, bu yardım tam olunmur. «Topamaks» və «Diferin» oğlumun daim qəbul etdiyi dərmanlardır. Ancaq dispanserin aptekində tez-tez deyirlər ki, bu dərmanlar yoxdur. Olanda da, yarısını verirlər, yarısını yox. Mən də məcbur oluram borca-xərcə girib özüm alım. Dərmanlar da gündən-günə bahalaşır. Heç olmasa, 1-ci qrup əlillik verib təqaüdünü qaldırsaydılar, alacağı qəpik-quruş da bizə dəstək olardı».

"RÜŞVƏT VERMİRƏM, ƏLİLLİK DƏRƏCƏSİNİ DƏYİŞMİRLƏR"


Atanın sözlərinə görə, Ruhi Əsəb Dispanserində oğluna 1-ci qrup əlilliyə uyğun diaqnoz qoyulub, ancaq Tibbi-Sosial Ekspertiza Komissiyası hər dəfə ona 2-ci qrup əlillik dərəcəsi verməklə kifayətlənir. Ata da düşünür ki, oğlunun əlillik dərəcəsini rüşvət vermədiyi üçün dəyişmirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən «Qaynar xətt»ə bildirdilər ki, vətəndaşın Tibbi-Sosial Ekspertiza Komissiyasından şikayəti varsa, bu barədə nazirlik rəhbərliyinə rəsmi müraciət etsin. Şikayəti araşdırılacaq, azyaşlının xəstəliyi 1-ci qrup əlilliyə uyğun gələrsə, Nazirliyin nəzarəti altında onun əlillik dərəcəsi dəyişdiriləcək.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG