Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:36

Hökumət buldozerinin gəlişini gözləməyib özləri öz evlərini sökürlər


Arxiv fotosu

Arxiv fotosu

-
Paytaxt Aşqabaddan kənarda tikilmiş gecəqonduların sökülməsinə başlanıb.

Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov-un şəhəri gözəlləşdirmək kampaniyası sürətlə davam edir.

Bu həftənin əvvəlindən Aşqabadın Şor adlanan kəndində 3 minə yaxın ev sökülməyə başlanıb. Minlərlə yoxsulun sığındığı gecəqondular Berdymukhammedovun ağ mərmər şəhər ideyasının qurbanı olub.

Rəsmilər söküntünün səbəbi barədə danışmırlar, ancaq bunu inkişaf kimi qiymətləndirirlər. Dövlət televiziyası da səbəblərlə bağlı bir söz demir, ancaq mülkiyyətçilərin sözlərinə görə, onlara evini qeyri-qanuni tikildiyi üçün söküləcəyini söyləyiblər.

Evlər "qanunsuzmuş"

“Yerli rəhbərlikdən bizə dedilər ki, evləriniz bağ yeri üçün nəzərdə tutulan torpaq sahələrində qanunsuz tikilib. Ancaq bir nəsil bu yerlərdə böyüyüb, qanunsuz olsaydı, biz burda qala bilməzdik axı”, - yerli sakinlərdən biri AzadlıqRadiosunun türkmən xidmətinə bildirib.

Evlərini itirənlər heç bir kompensasiya almayıblar.

Söküntü işləri bir neçə aydır başlayıb, ancaq ilk dəfədir ki, birdən-birə bu qədər ev buldozerin ağzına verilir.

Mayın 25-dən sakinlərə xəbərdarlıq ediblər ki, evlərini boşaltsınlar. Sakinləri evlərindən çıxmağa vadar etmək üçün hələ söküntüyə başlamazdan bir neçə gün qabaq su-elektrik təchizatı dayandırılmışdı.

Aşqabad ətrafında gecəqonduların söküntüsünə bir neçə aydır ki, başlanıb. Digər şəhərətrafı yaşayış məskəni olan Çoqanidə də evlər dağıdılır.

Söküləcək evlərin materialları bazara daşınır

Prezident Qurbanqulu Berdımuhammedov və nəvəsi cıdır həvəskarıdırlar.

Prezident Qurbanqulu Berdımuhammedov və nəvəsi cıdır həvəskarıdırlar.

Qoyulan möhlət yaxınlaşdıqca, sakinlər özləri evlərini dağıtmağa başlayıblar, daha doğrusu, bəzi tikinti materaillarını; pəncərələri, qapıları, bəzi aksessuarları xilas etməyə çalışırlar. Çünki hökümətin göndərdiyi bulldozer hər şeyi məhv edəcək.

Söküntü yeni sənaye imkanı açıb: şirkətlər evləri söküləcək sakinlərə boş yük maşını göndərib təklif edirlər ki, evin hissələrini daşısın, üstəlik, bütün tikinti materiallarını evdən salamat çıxarmaq üçün köməklərini təklif edirlər.

Bu tikinti materialları paytaxtdakı bazarlarda dəyər-dəyməzinə satılır.

Aşqabad olimpiada üçün 5 milyard “tərləyib”

Az adam bu “gözəlləşdirmə layihəsini” görə bilib. Yəni layihədə haraların söküləcəyi, nələrin tikiləcəyi məlum deyil.

Berdymukhammedov-un şəhərləşdirmə kampaniyası çox güman ki, Türkmənistanın 2017-ci ildə ev sahibliyi edəcəyi Asiya Qapalı məkan və Əlbəyaxa döyüş oyunları ilə bağlıdır.

Türkmənistan hökumətinin sözügedən tədbir üçün 5 milyard dollar xərclədiyi bildirilir. ​

Günün bütün mövzuları

XS
SM
MD
LG