Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:40

Minlərlə moldovan Rumıniya ilə birləşməyi tələb edən mitinqə qatılıb


Rəy sorğuları göstərib ki, moldovanların 10-20 faizi Rumıniya ilə birləşmək tərəfdarıdır.

Minlərlə moldovan ölkə paytaxtı Kişinyovda Moldovanın qonşu Rumıniya ilə birləşməsini tələb edən mitinqə çıxıb.

Nümayişi təşkil edən “2012 hərəkatı” qrupu bildirib ki, aksiyada 25 min adam iştirak edib. Polis bu rəqəmin 5 min olduğunu bildirir.

Eirazçılar deyiblər ki, Moldovanın sosial problemlərini həll etməyin yeganə yolu ölkənin Rumıniya ilə birləşməsidir.

Təşkilatçılar bu mitinqi Bessarabiyanın Rusiya İmperiya tərəfindən zəbt olunmasının 203-cü ildönümü günündə keçiriblər.

Bu nümayişdən əvvəl “2012 hərəkatı”nın lideri George Simion ölkənin təhlükəsizliyinə hədə təşkil etdiyi üçün 5 il müddətinə Moldovodan deportasiya edilib.

Rumıniya vətəndaşı olan Simion aksiyanın təşkilində kömək etmək üçün Kişinyova gəlmişdi.

Moldova və Rumıniya arasında sıx əlaqələr mövcuddur.

Rəy sorğuları göstərib ki, moldovanların 10-20 faizi Rumıniya ilə birləşmək tərəfdarıdır.

XS
SM
MD
LG