Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:58

Meksika peykini daşıyan Rusiya raketi qəzaya uğradı


Rusiyanın Proton raketi Baykonur kosmodromundan qalxarkən.
Rusiyanın Proton raketi Baykonur kosmodromundan qalxarkən.

Meksika peykini orbitə çıxarmalı olan Rusiya raketi yerdən aralandıqdan az sonra qəzaya uğrayıb.

Meksika peykini orbitə çıxarmalı olan Rusiya raketi yerdən aralandıqdan az sonra qəzaya uğrayıb.

Rusiya rəsmiləri bildiriblər ki, Proton-M raketi Qazaxıstandakı Baykonur kosmodromundan qalxdıqdan altı dəqiqə sonra uçuş sistemində nasazlıq başlanıb.

İnterfax agentliyi xəbər verir ki, raketin qırıntıları Sibirdəki Çita şəhəri yaxınlığına düşüb.

Raketin daha böyük hissələri atmosfer qatına daxil olarkən yanıb.

Proton-M tipli raketlər ötən il üç dəfə qəzaya uğrayaraq hər dəfə qiymətli peyk sistemlərini də məhv edib.

Bundan bir neçə saat əvvəl Rusiyanın Beynəlxalq Kosmik Stansiyaya birləşmiş Progress gəmisinin mühərrikləri qısa qapanma nəticəsində işə düşməyib.

Progress BKS-i daha yüksək orbitə qaldırmalıydı.

XS
SM
MD
LG