Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:16

ABŞ xüsusi qüvvələri İD yaraqlı qrupunun “neft naziri”ni öldürdü


Raqqa şəhərinin küçələrində.
Raqqa şəhərinin küçələrində.

Dövlət Departamentinin bəyanatında deyilir ki, ABŞ komandosu “Abu Sayyafı diri ələ keçirmək istəsə də, o silahlı müqavimət göstərdiyinə görə öldürülüb”.

ABŞ bildirib ki, onun xüsusi qüvvələri Suriyada keçirdikləri yerüstü reydin gedişində İslam Dövləti silahlı qrupun rəhbərlərindən birini öldürüb və onun arvadını əsir götürüb.

ABŞ Dövlət Departamenti xəbər verib ki, Abu Sayyaf yaraqlıların "neft, qaz və maliyyə işlərinə” rəhbərlik etməklə yanaşı, həm də təşkilatın ali hərbi komandanlığına daxil imiş.

Departamentin bəyanatında deyilir ki, ABŞ komandosu “Abu Sayyafı diri ələ keçirmək istəsə də, o silahlı müqavimət göstərdiyinə görə öldürülüb”.

ABŞ-ın Suriyada “ilk quru əməliyyatı”

ABŞ ilk dəfədir ki, Suriya torpağında yaraqlılara qarşı hərbi əməliyyat keçiririb.

Bu əməliyyat üçün əmri şəxsən prezident Barack Obama verib və onu İraqda mənzillənmiş ABŞ qüvvələri icra ediblər.

ABŞ rəsmiləri CNN telekanalına bildiriblər ki, əslən tunisli olan Abu Sayyaf İD yaraqlılarının “kommunikasiya və maliyyə gəlirləri məsələlərinsinə rəhbərlik edirmiş.

Bununla belə, ərəbdilli sosial mediada Abu Sayyaf-ın elə də tanınan fiqur olmadığı söylənir.

İraq və Suriyada böyük torpaq əraziləri zəbt etmiş yaraqlıların əsas gəlir mənbəyi bu ərazilərdən satdığı xam neftdir.

Şənbə günü yaraqlılar Suriyadakı qədim Palmira şəhərinin şimal hissəsini zəbt edə biliblər.

Beynəlxalq təşkilatlar bu şəhərin də qədim Nimrod kimi yer üzündən silinə biləcəyindən narahatdır.

“Abu Sayyaf-ın başı”

ABŞ bildirir ki, sözü gedən əməliyyat İraq hökuməti ilə tam razılaşdırılıb, lakin bu barədə Suriya hökumətinə əvvəlcədən heç bir məlumat verilməyib.

“Biz Assad rejiminə xəbərdarlıq etmişik ki, bizim Suriya ərazisindəki səylərimizə müdaxilə etməsin” – deyib ABŞ Milli Təhlüekəsizlik Şurasının sözçüsü Bernadette Meehan. O əlavə edib ki, “Assad rejimi bizim yaraqlılara qarşı mübarizəmizdə tərəfdaş deyil və ola da bilməz”.

Təhlilçilər bildirirlər ki, koalisiya qüvvələri Suriyada yalnız hava reydləri keçirsə də, prezident Barack Obama Konqresə, lazım gələrlsə, quruda əməliyyatlar keçiriləcəyini bildirib.

Analitiklər deyirlər ki, ABŞyaraqlıların dayandırılması üçün kifayət qədər səy göstərmədiyinə görə tənqid olunur və indi “Abu Səyyafın başı” qələbə qəniməti hesab oluna bilər.

Abu Sayyaf-ın arvadı yezidi kölə saxlayırmış

Pentaqon bildirib ki, Abu Sayyaf-ın arvadı Umm Sayyaf İD qrupunun üzvüdür və bir yezidi qadını kölə kimi saxlayıb. Həmin qadın reyd zamanı xilas edilib.

Umm Sayyaf-ın hazırda İraqdakı hərbi düşərgədə saxlandığı xəbər verilir.

Suriyadakı mənbələr bildiriblər ki, əməliyyat 30 dəqiqə çəkib və günün erkən saatlarında əl-Ömər neft mədənlərində 500 İD yaraqlısının ailəsi ilə yaşadığı massivdə keçirilib.

Bu əməliyyat zamanı öldürülmüş 13 yaraqlının meyitləri əl-Məyadin məntəqəsinə gətirilib.

Suriya ABŞ-ın əməliyyatını öz adına çıxır

Maraqlıdır ki, şənbə günü Suriyanın dövlət televiziyası xəbər vermişdi ki, hökumət qoşunları Deyr əl-Zur məntəqsində gedən döyüşdə 40 islamçı yaraqlını məhv ediblər.

Onların arasında “İD-in neft naziri” olduğu söylənən şəxs də var imiş.

Lakin Suriya müxalifətinin xaricdəki insan haqları qrupu bildirib ki, Assad rejimi ABŞ əməliyyatını “daxili istehlak” üçün öz adına çıxır.

Hələlik nə İD yaraqlıları, nə də onun sosial mediadakı tərəfdarları internetdə Abu Sayyaf-a qarşı reydə toxunurlar.

Əvəzində onlar dünən İRamadi şəhərindəki hökumət binalarını ələ keçirdikləri barədə xəbərləri müzakirə edirlər.

Ən son xəbərlərə görə yaraqlılar həmin binalardan çıxmalı olub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG