Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:22

Sərxoş halda «Ferrari» sürən azərbaycanlı Praqada saxlanıb-[fotolar]

-

Çexiyada dərc olunan qəzetlər yazır ki, polis paytaxt Praqanın mərkəzindəki «Wenceslas» meydanında 22 yaşlı azərbaycanlının sərxoş vəziyyətdə idarə etdiyi «Ferrari» avtomobilini saxlayıb.

Bu da bildirilir ki, polis maşını saxlayanda sürcünün ayaqları arasında saxladığı pivə şüşəsini görüb. Başqa bir açıq pivə tənəkəsi də maşının stəkanlığında olub.

Polis deyir ki, avtomobil meydanın yalnız piyadalar üçün nəzərdə tutulmuş hissəsində saxlanıb.

Yoxlama zamanı sürücünün içkili olduğunu üzə çıxıb. Polis güman edir ki, gənc avtomobili pivə içə-içə idarə edirmiş.

Bələdiyyə polisi sürücünü dövlət polisi idarəsinə təhvil verib.

AzadlıqRadiosu 22 yaşlı sürücünün kimliyini dəqiqləşdirməyə çalışır.

Qeyd edək ki, «Ferrari»nin bu modeli 150-170 min dollar civarındadır.


Bölmələr

XS
SM
MD
LG