Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:54

Krım tatarlarına mayın 18-də aksiyalar keçirmək qadağan olunub


Mustafa Dzhemilev
Mustafa Dzhemilev

-

Rusiya hakimiyyəti Krım tatarlarına deportasiya olunmalarının 71-ci ildönümü münasibətilə öz aksiyalarını keçirməyi qadağan edib.

Bu haqda AzadlıqRadiosunun Ukrayna xidmətinə Krım tatarlarının lideri Mustafa Dzhemilev bildirib.

Gözlənilir ki, Krımda mayın 18-də xatirə aksiyalarını hakimiyyət təşkil edəcək. Ancaq Dzhemilev deyir ki, Krım tatarları üçün belə tədbirlərdə iştirak qəbuledilməzdir, çünki onlar yarımadanın indiki rəhbərliyini qanuni saymırlar.

Onun dediyinə görə, Krım prokuroru həmin gün razılaşdırılmamış kütləvi toplantıların yolverilməzliyi barədə xəbərdarlıq edib. Amma Dzhemilev düşünür ki, istənilən halda tatarların çoxu 1944-cü il deportasiya qurbanlarının xatirəsini yad etməyə çıxacaqlar.

Krım tatarlarının lideri rusiyapərəst vətəndaşların mümkün təxribatlarından ehtiyatlanır.

Mayın 16-da Krım rəhbəri Sergey Aksyonov «Ukraynanın cənub-şərqində gərgin vəziyyət»lə əlaqədar yarımadada iyunun 6-dək kütləvi aksiyaları qadağan edib.

Keçən il Krım tatarlarına Simferopolda anım aksiyaları keçırməyə icazə verilməmişdi. O vaxt yarımada rəhbərliyi qərarını «Ukrayna millətçiləri»nin Krımda terror aksiyaları hazırlamaları ilə izah etmişdi.

«Krım SOS» təşkilatının məlumatına görə, bir ildə yarımadanı 35 min nəfər tərk edib. Onlardan 20 mini Krım tatarlarıdır.

XS
SM
MD
LG