Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 03:49

"Torpağımda on ev tikiblər..."


İsmayıllı, arxiv fotosu
İsmayıllı, arxiv fotosu

-


“1996-cı ildə mənə müvafiq qərarla kənd təsərrüfatı məhsllarının istehsalı üçün torpaq sahəsi ayrıldı. Torpaq sahəsinə görə dövlət aktı da əlimdədir. 6 il əvvəl torpağımı yerli məmurlardan biri zəbt etdi. Vaxtilə mənə verilmiş torpaqda indi oğlunun adına evlər tikdirib”.

Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə İsmaqyıllı sakini Qiyas Camalov danışır. O, 18 il əvvəl ayrılmış torpaq saəhsinin əlindən alınması ilə barışmır:

"TİKDİKLƏRİ ON EV MƏNİM SAHƏMƏ DÜŞÜB"

“Üç dəfə mütəxəssis gəldi. Qonşuların şahidliyi ilə xüsusi şüa aparatı ilə də ölçüb-biçdilər. Hamı da gördü ki, mənim sahəm 230 metr uzunluğundadır. Tikdikləri evlərin 10-u sahəmə düşüb. Akt da tərtib olundu, aktı götürüb getdin icra başçısının yanına, dedi, narazısan, get ver məhkəməyə. Məhkəmə isə süründürür məni. Onu da deyim ki, o torpaqlar təyinatla kənd təsərrüfatı məhsulları üçün əkin yerləridir. Orada ev tikmək qanunsuzdur”.

Qiyas Camalovun sözlərinə görə, yazdığı şikayət ərizləri sonda rayon icra hakimiyyətinə göndərilir. Beləcə, problem həllini tapmır ki, tapmır. Deyir, rayondakı vəkillər də belə vəziyyətlərdə vətəndaşların hüquqlarının müdafiəsinə imza atmırlar.

BİR DƏ ƏRİZƏ YAZSIN...

İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, vətəndaşın narazılığı varsa, məhkəməyə müraciət kimi hüququ var.

Qiyas Zeynalovsa deyir, indiyə qədər məhkəməyə 5 dəfə iddia ərizəsi yazıb. Hər dəfə ərizə özünə qaytarılıb.

İsmayıllı məhkəməsindən bilidiriblər ki, Qiyas Zeynalov hər dəfə iddia ərizəsində cavabdeh şəxs kimi tikilmiş evlərin sahibinin yox, başqa ailə üzvünün adını yazır. Ona görə də ərizəsi özünə qaytarılır ki, düzgün tərtib etsin.

Hüquqşünas Fuad Hüseynov deyir, əgər torpağın Qiyas Zeynalovun adına ayrılması barədə qərar və dövlət aktı varsa, problemi mütləq məhkəmədə mübahisələndirməlidir. İddia ərizəsini geri qaytarmasınlar deyə, ərizəni bir hüquqşünasa da yazdıra edə bilər.

XS
SM
MD
LG