Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:39

-

«Inter Glass» şirkətinin prezidenti Fariz Muradovun nədə ittiham olunduğu müəyyənləşib.

Nərimanov rayon Məhkəməsindən apa-ya verilən məlumata görə, F.Muradov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir.

Mayın 15-də Nərimanov rayon Məhkəməsinin hakimi Turqay Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında F.Hüseynov barəsində 2 ay həbs-qətimkan tədbiri seçilib.

Virtualaz saytı mayın 15-də yazmışdı ki, «Inter Glass» şirkətinin prezidenti 50 milyon dollarlıq mənimsəmədə ittiham olunur. Fariz Muradovun Azərbaycan Beynəlxalq Bankının keçmiş prezidenti Cahangir Hacıyevə yaxın olduğu bildirilir.

«Inter Glass» şirkətinin Bakının Qaradağ rayonunda, Salyan şosesi, 25 ünvanda nəhəng «Inter Glass Azerbaijan» şüşə məmulatları zavodu var. Zavod 2008-ci ildə açılıb, Qafqaz regionunda şüşə butulkalar və digər şüşə taralar istehsal edən ən iri zavoddur.

Şirkətin məlumatlarında göstərilir ki, zavodun açılmasına Beynəlxalq Bank 5 milyon avro kredit ayırıb.​

Günün bütün mövzuları

XS
SM
MD
LG