Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:31

-

“1992-cü ildən köçkün düşmüşük. Bizi Binəqədi rayonu ərazisində bir ünvana qeydiyyata salmışdılar. Faktiki isə Ramanada bir yarımtikilidə yaşayırıq. Hansısa şirkət bu yarımtikilinin də yerləşdiyi torpaq sahəsini alıb. Burada maldarlıq müəssisəsi açmaq istəyirlər. Bizi də məhkəməyə veriblər. Məhkəmə yarımtikilini boşaltmağımız üçün qətnamə çıxarıb. İndi həyəcanla hər dəqiqə qapımızın icra məmurları tərəfindən döyüləcəyini gözləyirik. Ölkə başçısına buradan səslənmək istəyirəm ki, 3 oğul, 3 gəlin, 6 körpə, bir də ahıl yaşlarında olan ana küçəyə atılır. Hansısa qəbiristanlığa sığınmaqdan başqa çarəmiz yoxdur”.

Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə Kəlbəcər köçkünü Elton Cabbarov deyib. O, yaxın günlərdə məhkəmə qərarı icra olunarsa, ailənin küçədə qalacağını bildirib:

"Bircə yolumuz qalıb ki, qəbiristanlıqlardan birinə sığınaq".

MÜLKİYYƏTÇİ MÜLKÜNÜ TƏLƏB EDİR

Köçkün ailəsinin sığındığı ünvandan çıxarılması üçün məhkəmədə iddia qaldıran sahibkar Seyfəli Qurbanov isə deyir, yarımtikili və torpaq sahəsi ona məxsusdur. Uzun müddətdir ki, köçkün ailəsinə yarımtikilini boşaltmaq üçün şəxsən müraciət etsə də, ailə başqa yerə yerləşdirilməyənə qədər oranı tərk etməyəcəyini bildirib. O da köçkün ailəsinin yarımtikilidən çıxarılması üçün məhkəmədə iddia qaldırıb.

Suraxanı rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, məhkəmə qətnaməsinə şərh verə bilməzlər. Məhkəmə hesab edibsə köçkün ailəsi mübahisəli yerdən çıxarılsın, yerli icra hakimiyyətinin qətnamə üzərindən nə isə deməsinə qanun yol vermir. İcra Hakimiyyətindən hesab edirlər ki, köçkün ailəsinə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sahib çıxmalıdır.

Hüquqşünas Namizəd Səfərovun fikrincə, əslində məhkəmə qətnaməsinin mülkün mülkiyyətçiyə qaytarılması ilə bağlı hissəsi tam əsaslıdır. Ancaq qətnamədə yarımçıqlıq var:

KÖÇKÜNƏ DÖVLƏT SAHİB ÇIXMALIDIR, VƏTƏNDAŞ YOX...

"Mülkiyyətçi uzun illərdir ki, sahiblənə bilmədiyi əmlakına sahiblənir. Ancaq köçkün də küçədə qala bilıməz. Avropa Məhkəməsinin Azərbaycan hökumətinə tövsiyyələrində bu açıq-aydın göstərilir ki, bir vətəndaşın mülkiyyət problemi başqa vətəndaşın hesabına həll oluna bilməz. Köçkünə dövlət özü sahib çıxmalıdır, vətəndaş yox... Məhkəmələr əvvəllər birmənalı şəkildə qətnamələrdə göstərirdilər ki, tutaq ki, ev Məmmədindir, ancaq onu zəbt etmiş köçkün torpaqlar qaytarılmayanadək o evdən çıxarıla bilməz. Nəhayət, Avropa Məhkəməsinin tövsiyyələrindən sonra artıq neçə ildir ki, məhkəmələr evin köçkün tərəfindən boşaldılıb mülkiyyətçiyə qaytarılmasına dair qətnamələr çıxarır. Ancaq bəzi hallarda məhkəmə evi boşaldan köçkünün sonrakı taleyinin necə olacağını müəyyən etmir".

Ancaq Suraxanı Məhkəməsi köçkün ailəsinin müqəddəratını da nəzərə alıb. Məhkəmə ailənin yaşayış yeri ilə təmin olunması məsələsini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin üzərinə öhdəlik kimi qoyub. Elə Suraxanı İcra Şöbəsindən də Komitəyə məhkəmə qərarının icrası üçün məktub göndərilib. İndi ümid qalıb köçkün ailəsinin başqa yaşayış yeri ilə təmin olunması üçün Komitə tərəfindən atılacaq addıma.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG