Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:23

İlham Əliyev Dövət Bayrağı Meydanına yeni rəis təyin etdi


Dövlət Bayrağı Meydanı

Dövlət Bayrağı Meydanı

-

Prezident İlham Əliyevin mayın 15-də imzalandığı sərəncamla İlqar Mustafayev Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə rəisi təyin edilib.

Virtualaz yazır ki, İlqar Mustafayev Heydər Əliyev Fondunun əməkdaşı olub. O, ötən il Fondun 10 illik yubileyi münasibətilə, eləcə də «Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətlərinə görə» «Tərəqqi» medalı ilə təltif edilib.

Bu il mayın 4-də Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin əvvəlki rəisi Rəşad Məmmədov vəzifəsindən azad edilib. Onun niyə çıxarıldığı açıqlanmayıb.

Bundan sonra mətbuatda «AzImport» şirkətinin sahibi olan R.Məmmədovun şirkətinin qanunsuzluqları haqda yazılmağa başlayıb.

Onun həbs edildiyi və hazırda Milli Təhlükəsizlik Nazirliyinin İstintaq təcridxanasında saxlanıldığı bildirilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG