Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:12

Lüksemburqun baş naziri müavini ilə eynicinsli nikaha daxil olub


Xavier Bettel (sağda) və Gauthier Destenay
Xavier Bettel (sağda) və Gauthier Destenay

Lüksemburqun baş naziri Xavier Bettel Avropa İttifaqında eynicinsli nikaha girən ilk lider olub.

Lüksemburqun baş naziri Avropa İttifaqında eynicinsli nikaha girən ilk lider olub.

Xavier Bettel və Gauthier Destenay cümə günü paytaxtın bələdiyyə zalında şəxsi mərasimlə evləniblər.

Baş nazir həm də ölkədə ötən il eynicinsli nikahlara icazə verən qanundan faydalanan ilk şəxslərdən biri olub.

Bundan əvvəl 2010-cu ildə İslandiyanın o vaxtkı baş naziri Johanna Sigurdardottir eynicinsli nikaha daxil olmuşdu.

Cənab Bettel 2013-cü ilin dekabrında hökuməti təşkil edərkən homoseksual olduğunu açıqlamışdı.

Onun nikaha girdiyi vise-kansler Destenay ixtisasca memardır.

Bettel deyib ki, o da bir çox başqaları kimi homoseksuallığını gizlədə bilərdi, lakin qərara gəlib ki, siyasətçi riyakar olmamalıdır.

Keçmiş Belçika baş naziri Elio di Rupo da Avropa İttifaqında homoseksuallığını gizlətməyən ilk lider idi.

Xəbər verilir ki, təzə evlənənlər bal ayına getməyəcəklər, çünki baş nazir Qazaxıstanda keçirləcək iqtisadi foruma qatılmalıdır.

XS
SM
MD
LG