Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:58

Prezident İlham Əliyev Almaniya parlamentinin nümayəndə heyətini qəbul edib


 Ilham Aliyev

Ilham Aliyev

Azərbaycan prezidenti İlham Əliyev mayın 15-də Almaniya parlamentinin nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinə Bundestaqının Cənubi Qafqaz üzrə Dostluq Qrupunun sədri Karin Shtrents başçılıq edir.

Görüşdə ikitərəfli münasibətlər və əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi,qarşılıqlı səfərlərin əhəmiyyəti və iyunda Bakıda keçiriləcək Avropa Oyunları ətrafında fikir mübadiləsi aparılıb.

İlham Əliyev bildirib ki, Birinci Avropa Oyunları ərəfəsində ədalətsiz mövqe Olimpiya Oyunlarının nizamnaməsinə uyğun deyil, ikili standartlar isə ictimai rəyə mənfi təsir edir.

Görüşdə Azərbaycanın Avropa Birliyi ilə energetika sahəsində əməkdaşlığı, TANAP və TAP kimi böyük layihələrin əhəmiyyəti və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərinə də toxunulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG