Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:40

Adil Hüseynov hazırda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır.

Bunu APA-ya açıqlamasında onun vəkili Kamandar Nəsibov deyib.

Vəkil onun barəsində külli miqdarda ziyan vurmaq, dələduzluq maddəsi ilə cinayət işi açıldığını deyir.

Kamandar Nəsibovun sözlərinə görə, Adil Hüseynovun saxlanmasına səbəb Dubayda xarici şirkətlərdən birinin meneceri olmasıdır. Həmin şirkət bankdan kredit götürüb və qaytarmayıb-deyə o bildirib.

Vəkili Adul Hüseynovun Beynəlxalq Bankın Dubay filialının rəhbəri olması barədə məlumatsız olduğunu da bildirib.

Qeyd edək ki, Adil Hüseynov mərhum polis polkovniki Fətulla Hüseynovun oğludur.

Fətulla Hüseynov Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili və hazırda ömürlük həbsdə olan Hacı Məmmədovun dəstəsi tərəfindən öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG