Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:29

Hacı İbrahim Nehrəmli saxlanılması barədə məlumatlara aydınlıq gətirib


Hacı İbrahim İbrahimov

Hacı İbrahim İbrahimov

-

«Mən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ifadə vermişəm. Lakin hazırda heç bir cinayət işində adım keçmir. Mənə heç bir cinayət işi açılmayıb».

Bunu apa-ya işadamı, «Avesta» Konserninin prezidenti Hacı İbrahim İbrahimov (Nehrəmli) deyib.

O, müəyyən problemlər olduğunu da etiraf edib:

«Ölkədən çıxmağıma qadağa qoyulmuşdu. Azərbaycan Beynəlxalq Bankından 78 milyon manat kredit götürmüşdüm. Bilirsiniz ki, «Khazar İsland» layihəsini həyatakeçirirəm. Banka ödənişdə gecikmə oldu. Beynəlxalq Banka ödəyəcəyim kreditin vaxtı 2019-cu ildə başa çatır. Başqa kreditlərə görə isə heç bir problem yoxdur».

İ.İbrahimov bildirib ki, onun Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasına aparılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Mayın 11-də mediada xəbər yayılıb ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi xeyli sayda işadamını saxlayıb. Onların Beynəlxalq Bankdan kredit kimi götürdükləri milyardlarla manat pulu mənimsədikləri deyilir. Adıçəkilən bankın rəhbəri Cahangir Hacıyev bir qədər öncə «səhhətinə görə» istefa verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG