Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:16

Visegrad qrupu Şərq tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünü dəstəkləyir


Elmar Mammadyarov

Elmar Mammadyarov

Vışeqrad qrupuna daxil olan dövlətlər “Şərq Tərəfdaşlığı” ölkələrinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.

APA-nın məlumatına görə, bu barədə mayın 15-də Vışeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin Bratislava görüşündə qəbul edilən bəyanatda deyilir.

Toplantıda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri də iştirak edib.

Şərq Tərəfdaşlığı proqramına Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarus daxildir.

Məqsəd bu keçmiş Sovet respublikalarının Avropa Birliyinə inteqrasiyasını dərinləşdirməkdir.

Avropa Birliyi artıq Ukrayna, Gürcustan və Moldova ilə asosasiya sazişi imzalayıb.

Amma Ermənistan son anda Rusiyanın başçılıq etdiyi Avrasiya ittifaqına daxil oldu.

Günün bütün mövzuları

XS
SM
MD
LG