Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:23

Əli Həsənov siyasi məhbusların əfvi məsələsini prezidentin diqqətinə çatdıracaq


Əli Həsənov

Əli Həsənov

-

«Bugünkü görüşün əsas mövzusu Avropa Oyunları olsa da, bəzi cari məsələlər də müzakirə olundu və təkliflər irəli sürüldü. Partiya sədrləri bir qrup məhbusun əfvi məsələsinin ölkə başçısına çatdırılmasını xahiş etdilər. Partiyaların qərargah məsələsi, bank kreditlərindən tutmuş, siyasi plüralizmə qədər, bir sıra mühüm məsələlər qaldırıldı».

apa-nın məlumatına görə, bunu bir sıra partiya liderləri ilə görüşündən sonra Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov söyləyib.

Ə.Həsənov qaldırılan məsələlərin bəzisinə dərhal münasibət bildirildiyini, digərlərinə də münasibət bildiriləcəyini söyləyib:

«Avropa Oyunları ilə bağlı məsələlərin müzakirəsində Azərbaycanın həqiqətlərinin, görülən işlərin dünya ictimaiyyətinə çatdırılması zəruri sayılıb. Avropa Oyunları Azərbaycanda lazımi infrastruktur qurmağa və gələcəkdə Olimpiya Oyunlarını keçirmək təcrübəsi qazanmağa imkan verir. Avropa Oyunlarından istifadə edərək Azərbaycanın reallıqlarını, xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini dünya ictimaiyyətinə çatdırmalıyıq. Hakimiyyət nümayəndəsi kimi görüşə görə partiyalara təşəkkür edirəm. Azərbaycan prezidenti belə düşünür ki, hakimiyyət üçün onların fikirlərini dinləmək lazımdır. Azərbaycan xalqı birmənalı şəkildə prezidentin siyasətini dəstəkləyir. Ancaq siyasi partiyaların da bu siyasətə münasibət bildirmək imkanı olmalıdır».

Mayın 15-də bir qrup müxalifətyönlü partiya sədrlərinin iştirakı ilə keçirilən üçüncü iqtidar-müxalifət görüşünə Müsavat və AXCP qatılmaqdan imtina edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG