Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:03

İlqar Məmmədov «karser»ə salındı- 7 sutkalıq


İlqar Məmmədov
İlqar Məmmədov

-

REAL Hərəkatının sədri İlqar Məmmədov mayın 14-də 7 sutkalıq cərimə kamerasına - «karser»ə salınıb.

Bunu REAL təmsilçisi Natiq Cəfərli bildirib.

Onun dediyinə görə, mayın 15-də İlqar Məmmədovun vəkili Fuad Ağayev 2 saylı cəzaçəkmə müəssisəsinə getsə də, məhbus siyasətçi ilə görüşünə icazə verilməyib. Bildirilib ki, İlqar Məmmədov «karser»ə salınıb, amma vəkilə bunun səbəbi izah edilməyib.

REAL Hərəkatı Ombudsman Aparatından və Qırmızı Xaç Komitəsindən xahiş ediblər ki, dərhal İlqar Məmmədovun durumu ilə maraqlanaraq, ictimaiyyətə məlumat versinlər. «Dünəndən bəri İlqar bəydən, onun sağlıq durumundan heç bir məlumat ala bilmirik», - Natiq Cəfərli əlavə edib.

İlqar Məmmədov 2013-cü ildə İsmayıllıda baş verən etiraz aksiyalarına görə 7 il azadlıqdan məhrum edilib. O, kütləvi iğtişaşlara çağırma və hakimiyyət nümayəndələrinə qarşı zor işlətməkdə təqsirli bilinib.

Müdafiə tərəfi əslində İlqar Məmmədovun siyasi fəaliyyətinə görə cəzalandırıldığını deyirlər. Amma rəsmilər bu ittihamı inkar edirlər.

Avropa İnsan Haqları Məhkəməsi İlqar Məmmədovun dərhal azadlığa buraxılması və hakimiyyətin ona təzminat ödəməsi barədə qərar çıxarıb.

XS
SM
MD
LG