Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:53

Pakistan ordusu Şimali Vəziristanda Talibanın mövqelərinə zərbələr endirib.

Hərbi təyyarələr mayın 15-də Shaval vadisində yaraqlıların gizləndiyi ehtimal olunan yerləri bombalayıb.

Rəsmilər əməliyyat zamanı azı 15 yaraqlının öldürüldüyünü deyir.

Yerli sakinlərin sözlərinə görə, vadiyə tank və canlı qüvvələr yeridilir.

Hökumət qüvvələrinin 2014-cü ilin yayında başladığı əməliyyatadək, Şimali Vəziristan demək olar ki, talibançıların nəzarətindəydi.

Taliban hücumlarda Shaval vadisindən bir yuva kimi istifadə edir.

Taliban Pakistanda islam dövləti qurmaq istəyir.

Pakistan və Əfqanıstan liderləri bu günlərdə Kabil görüşündə Talibana qarşı birgə mübarizə aparmaq razılığına gəliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG