Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:52

-

2015/2016-cı tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin magistraturalarına ixtisaslaşma seçimində iştirak edən 7 min 179 bakalavrdan 5 min 017 nəfəri qəbul olub.

Tələbə Qəbul Dövlət Komissiyasının saytında verilən məlumata görə, qəbul olanlardan 3 min 286 nəfəri ali təhsil müəssisələrinin builki, min 731 nəfəri isə əvvəlki illərin məzunudur. Onlardan 2 min 073 nəfərini oğlanlar, 2 min 944 nəfərini isə qızlar təşkil edir.

Magistraturaya qəbul 60 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub. TQDK-sı bildirir ki, magistratura üçün ayrılan plan 80 faiz dolub.

12 proqram üzrə isə magistr yerinin 50 faizdən çoxu boş qalıb. Həmin proqramlar üzrə olan ixtisaslaşmalar, əsasən, metallurgiya, maşınqayırma, hidrometeorologiya, materialşünaslıq, mexanika və incəsənət sahələri üzrə olub və burda ən aşağı müsabiqə vəziyyəti yaranıb.

Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Texniki universitetlərində magistr yeri təxminən 55 faiz, Bakı Slavyan Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 60-66 faiz dolub.

Naxçıvan Müəllimlər İnstitutunda qəbul planı 15, «Naxçıvan» Universitetində (Naxçıvan şəhəri) 33 faiz dolub.

Özəl ali məktəblər arasında Bakı Avrasiya Universitetində 39, Bakı Qızlar Universitetində isə 20 faiz magistr yeri tutulub.

Bütün magistr-tələbə yerləri dolanlar arasında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası da var.

TQDK bildirir ki, boş qalan yerlərə ixtisaslaşma seçimi 2015-ci il iyunun 22-dən 28-dək aparılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG